Hadisə, Kriminal

8-ci kilometr bazarında yanğın - YENİLƏNİB - VİDEO-FOTO

28 Aprel 2010 10:43
Baxış: 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanğından Mühafizə Xidmətindən verilən son məlumata görə, yanğın artıq məhdudlaşdırılıb. Yanğının qarşısının alınmasına 20-yə yaxın yanğınsöndürən maşın cəlb edilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsləri gəlib. Yanğının səbəbləri araşdırılır.

Milli.Az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, ynğın hadisəsi ilə əlaqədar olaraq saat 09:19-da 3-cü dərəcəli çağırış elan olunub, saat 10:29-da yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının ümumi sahəsi təxminən 1000-1200 kvadratmetr təşkil edib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Mağaza sahiblərinin Milli.Az-a verdiyi məlumata görə, mağazaların qapıları bağlı olduğundan içəridə olan bütün mallar yanıb. Dəymiş ziyanın miqdarı hələlik bilinmir.

---------------------
09:35

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanğın saat 9:00 radələrində meydana gəlib. Bazarın pal-paltar satılan mərkəzi hissəsi yanır. Hazırda hadisə yerinə xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Yanğının miqyası böyükdür. 3-cü dərəcəli çağırış elan olunub. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

---------------------

Hadisə zamanı 150 kvadratmetlik sahədə 3 geyim mağazası tamamilə yanıb. Şahidlərin Milli.Az xəbər portalına verdiyi məlumata görə, yanğına qısaqapanmanın səbəb olduğu ehtimal edilir. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasından aldığımız məlumata görə, yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.

Anar Məmmədov
Milli.Az

Yanğından eksklüziv videogörüntüləri təqdim edirik:

---------------------

--------------- ---------------

Sonuncu video Today.Az saytına məxsusdur.

------------------

--------------------------------------------------------------------------------

---------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

Foto Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.