8-ci kilometr bazarında yanğın - YENİLƏNİB - VİDEO-FOTO
28 Aprel 2010 10:43
Yanğından Mühafizə Xidmətindən verilən son məlumata görə, yanğın artıq
məhdudlaşdırılıb. Yanğının qarşısının alınmasına 20-yə yaxın
yanğınsöndürən maşın cəlb edilib. Hadisə yerinə Fövqəladə Hallar
Nazirliyinin rəhbər şəxsləri gəlib. Yanğının səbəbləri araşdırılır.
Milli.Az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, ynğın hadisəsi
ilə əlaqədar olaraq saat 09:19-da 3-cü dərəcəli çağırış elan olunub,
saat 10:29-da yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının ümumi sahəsi təxminən 1000-1200 kvadratmetr təşkil edib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Mağaza
sahiblərinin Milli.Az-a verdiyi məlumata görə, mağazaların qapıları
bağlı olduğundan içəridə olan bütün mallar yanıb. Dəymiş ziyanın miqdarı hələlik
bilinmir.
--------------------- 09:35
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanğın saat 9:00 radələrində meydana gəlib. Bazarın pal-paltar satılan mərkəzi hissəsi yanır. Hazırda hadisə yerinə xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Yanğının miqyası böyükdür. 3-cü dərəcəli çağırış elan olunub. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
---------------------
Hadisə zamanı 150 kvadratmetlik sahədə 3 geyim mağazası tamamilə yanıb. Şahidlərin Milli.Az xəbər portalına verdiyi
məlumata görə, yanğına qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasından aldığımız məlumata görə, yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.
Anar Məmmədov Milli.Az
Yanğından eksklüziv videogörüntüləri təqdim edirik: