Hadisə, Kriminal

Bakı-Salyan yolunda ağır qəza: ölən və yaralananlar var

19 Aprel 2010 14:47
Baxış: 1 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu gün saat 14:00 radələrində Bakı-Salyan yolunda, Dərin Özüllər Zavodunun yaxınlığında "Mercedes" markalı minik və "Kamaz" markalı yük maşınları toqquşub. Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Bakı Təcili Yardım və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3 briqadası cəlb olunub.

Qəza baş verən ərazidə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri işləyir.

Əlavə məlumat veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.