Hadisə, Kriminal

«Binə» ticarət mərkəzindəki qətllə bağlı rəsmi açıqlama

3 Aprel 2010 23:39
Baxış: 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-a daxil olan məlumatda bildirilir ki, 03 aprel 2010-cu il tarixdə saat 17.00 radələrində Qaradağ rayonu ərazisində yerləşən "Binə" ticarət mərkəzində satıcı işləyən, Gəncə şəhəri Nizami rayonunda qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonunda kirayədə yaşayan, 1975-ci ildə Yevlax şəhərində anadan olmuş, Nəsirov Eldəniz Ramiz oğluna naməlum şəxs tapançadan 4 atəş açaraq, ona həyatı üçün təhlükəli olan ağır bədən xəsarəti yetirib. E.Nəsirov hadisədən dərhal sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

BŞBPİ, Binəqədi rayon Polis İdarəsi, Qaradağ rayon Polis İdarəsi və Qaradağ rayon Prokurorluğunun səyi nəticəsində qətl hadisəsində təqsirli bilinən şəxsi isti izlərlə yaxalamaq mümkün olub. Belə ki, hadisədən iki saat sonra Binəqədi rayonu 6-cı mikrorayon ərazisində özünü şübhəli aparan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və üzərindən "Makarov" markalı tapança aşkar edilərək götürülüb. Saxlanılan şəxs ərazi üzrə Binəqədi RPİ 7-ci PB-ə gətirilib. Onun Yevlax şəhərində qeydiyyatda olan, 1987-ci ildə Yevlax şəhərində anadan olmuş Rəsulzadə Vasif Vaqif oğlu olduğu müəyyən edilib. V. Rəsulzadə "Binə" ticarət mərkəzində E. Nəsirovu tapançadan atəş açmaqla qətlə yetirdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.