"Ana-balanı verirdik, 150 manat alırdıq" - At oğruları saxlanıldı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayon polis idarəsinin növbətçi hissəsinə, Qobu qəsəbəsi sakinləri tərəfindən şikayət xarakterli məktub daxil olub.
Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, vətəndaşalar son 2 ay müddətində otlaq sahəsindən 10-a yaxın atın yoxa çıxmasını bildiriblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq atların, Salyan bazarında satılması müəyyənləşdirilib.
Satıcı Fizuli Babayev ilkin ifadəsi zamanı heyvandarlıqla məşğul olduğunu, atları isə Arif, Xanqulu və Sədrəddin adlı şəxslərdən aldığını deyib.
Fizuli Babayev - Şahid: "Mən Arif və Sədrəddinlə 4 dəfə görüşmüşəm. 10 at gətiriblər. Bərdə də və Salyanda satmışam. 150 və 200 manata almışam. 150-ə aldığımı 200-ə, 200-ə aldığımı, 250-ə satmışam. 10 dənəsinin 1-i də boğularaq ölüb".
Baxmayaraq ki, Fizuli Babayev şəxslərdən 10 at aldığını qeyd etdi, amma saxlanılan şəxslər cəmi 6 at satdıqlarını bildiriblər.
Arif Əliyev - Saxlanılan şəxs: "6-7 at gətirib, Lökbatanda Fizuli adlı şəxsə verdik. Ana-balanı verirdik, 150 manat alırdıq".
Xanqulu Mirzəyev - Saxlanılan şəxs: "3 nəfər olmuşuq, 2 nəfər gedib at gətirirdik. Hərəyə 2 atı 150 manatdan satmışıq. Yiyəsi yanında yox idi deyə, götürüb satmışıq".
Faktla bağlı Abşeron rayon polis şöbəsində, cinayət məcəlləsinin oğurluq maddəsilə başlayan cinayət işi üzrə araşdırmalar davam edir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
Qızılı çox olanlara pis xəbər
-
Mesinin komandası uduzdu
-
Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası (Foto)
-
Balidə Azərbaycan və Ermənistan restoranı diqqət çəkdi - (Foto)
-
Naxçıvan ərazisində ağır qəza: 6 yaralı var - (Foto)
-
Qumral əri ilə eşqə gəldi: Sevgi dolu anları diqqət çəkdi - (Foto)
-
TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək
-
Bu rayonlarımıza qar yağdı
-
Narın dənələri bu üsulla bir anda bir-birindən ayrılır - (Video)
-
Ukrayna Belqoroda kabus yaşatdı: Ölü və yaralılar var
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
İsraildən Türkiyəyə güc nümayişi
-
Salyanda evə ildırım düşdü (Video)
-
ABŞ-yə yeni təklif: Hörmüzü açırıq, əvəzində...
-
Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – (Video)
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər
-
Güllünün ölümü ilə bağlı şok detal
-
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - (Foto)
-
ABŞ-də atışma: 12 yaralı var
-
Millimiz bu gün 2 oyuna çıxacaq
-
90-cı illərin məşhur müğənnisi illər sonra - (Foto)
-
Xırdalanda maşın aşdı - Sürücü yaralandı
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Rusiyada güclü zəlzələ oldu





