Hadisə, Kriminal

Yeniyetmə oğlan atasının qəbrinə söyən məktəblini qətlə yetirdi

20 Aprel 2011 12:19
Baxış: 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəmkir rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə aprelin 19-da Düyərli kəndi ərazisində törədilib. Kənd sakini 17 yaşlı Səid Allahverdiyev, Zəyəm Cırdaxan kənd sakini 16 yaşlı Elnur Nəsibov tərəfindən qətlə yetirilib.

Qətl hadisəsi Düyərli kəndində yerləşən çayxanada baş verib. Qətlə səbəb isə mərhumun E.Nəsibovun bir neçə gün əvvəl dünyasını dəyişən atasının qəbrini söyməsi səbəb olub. Atasının söyülməsinə dözməyən E.Nəsibov cibindən çıxardığı bıçaqla onun ürəyindən vurub. Yaralı xəstəxanada dünyasını dəyişib.

Hər iki şəxs orta məktəb şagirdidir. 

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Elnur Nəsibovu tutaraq istintaqa təhvil verib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.