Hadisə, Kriminal

Bakıda ana "qatil"i sərxoş çıxdı

30 Yanvar 2014 12:31
0 Şərh     Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı sakini anasını öldürdüyü barədə polisə yalan məlumat verib

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, Abbas Səhhət küçəsi, ev-29-da yaşayan 1972-ci il təvəllüdlü Əvəz Müseyib oğlu Xıdırov "102" xidmətinə zəng edərək anası, 1941-ci il təvəllüdlü Nərgiz Xıdırovanı qətlə yetirdiyini bildirib.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib və məlum olub ki, N. Xıdırova xəstəlikdən dünyasını dəyişib.

Polisdən, həmçinin bildirilib ki, Ə. Xıdırov "102" xidmətinə məlumat verərkən içkili olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.