Hadisə, Kriminal

Azərbaycanda ev külə döndü - YENİLƏNİB - VİDEO

14 Yanvar 2014 17:23
0 Şərh     Baxış: 1 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
12:05

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəranda  fərdi yaşayış evində güclü yanğın hadisəsi baş verib. Hadisə bu gün səhər saat  9.00 radələrində rayonun Darquba kənd sakini, 52 yaşlı Vidadi Həmdəm oğlu Məmmədova məxsus  ikimərtəbəli, dördotaqlı evdə qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Onların səyi ilə yanğın söndürülərək, əhatə dairəsinin genişlənməsinin və  qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, ümumi sahəsi 122 kv.m olan evin 62 kv.m ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olub. Yanğının dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı FHN-in Lənkəran Rayon Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

Milli.Az

---------
17:23

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.