Azərbaycanda ev külə döndü - YENİLƏNİB - VİDEO
14 Yanvar 2014 17:23
12:05
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəranda fərdi yaşayış evində güclü yanğın hadisəsi baş verib. Hadisə bu gün səhər saat 9.00 radələrində rayonun Darquba kənd sakini, 52 yaşlı Vidadi Həmdəm oğlu Məmmədova məxsus ikimərtəbəli, dördotaqlı evdə qeydə alınıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Onların səyi ilə yanğın söndürülərək, əhatə dairəsinin genişlənməsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, ümumi sahəsi 122 kv.m olan evin 62 kv.m ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olub. Yanğının dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı FHN-in Lənkəran Rayon Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
Milli.Az
---------
17:23
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.