Hadisə, Kriminal

Bakıda Fransa vətəndaşının şirkətindən edilən 160 minlik oğurluğun detalları - YENİLƏNİB

11 Sentyabr 2012 10:57
0 Şərh     Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

10:57

Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsindən Milli.Az-a bildirildi ki, oğurluq törədən fəhlələr əvvəlcədən seyfdə külli miqdarda pul olduğunu bilib və onu oğurlamaq üçün plan hazırlayıblar.


Onlar gecə saatlarında şirkətə gələrək qapını sındırb içəri giriblər. Seyfi apararaq evdə gizlədiblər. Polis əməkdaşları əməliyyat keçirərək cinayətdə şübhəli bilinən şəxsləri tutub və seyfi içərisində olan pulla birlikdə götürüblər.  

----------
10:39

Paytaxt ərazisində yerləşən şirkətdən külli miqdarda pul aparılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 10-na keçən gecə Nizami rayonunda yerləşən, Fransa vətəndaşı Lieve Van Sendenin rəhbəri olduğu "Azərsix" MMC-dən naməlum şəxslər içərisində 160 min manat olan seyfi oğurlayıblar. Oğrular şirkətə qapını sındıraraq daxil olublar. 

Daxili İşlər Nazirliyinin baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi, Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, narkotiklərlə mübarizə bölməsi və 23-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə fəhlə işləyənlər - Gədəbəy rayon sakini Şamil Ələkbərov, Bakı şəhər sakinləri Vüsal Əlifov Telman Mustafayev sentyabrın 10-da tutulublar. 


Anar Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.