10:57
Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsindən Milli.Az-a
bildirildi ki, oğurluq törədən fəhlələr əvvəlcədən seyfdə külli miqdarda
pul olduğunu bilib və onu oğurlamaq üçün plan hazırlayıblar.
Onlar gecə saatlarında şirkətə gələrək qapını sındırb içəri giriblər. Seyfi apararaq evdə gizlədiblər. Polis əməkdaşları əməliyyat keçirərək cinayətdə şübhəli bilinən şəxsləri tutub və seyfi içərisində olan pulla birlikdə götürüblər.
----------Daxili İşlər Nazirliyinin baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi, Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, narkotiklərlə mübarizə bölməsi və 23-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə fəhlə işləyənlər - Gədəbəy rayon sakini Şamil Ələkbərov, Bakı şəhər sakinləri Vüsal Əlifov və Telman Mustafayev sentyabrın 10-da tutulublar.
Anar Məmmədov
Milli.Az