Kriminal

Qusarda əməliyyat: Narkotik alverçiləri saxlanıldı - FOTO

19 Mart 2021 19:49
Baxış: 1 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri E.Abdulhəmidov və S.İsabalayev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən E.Abdulhəmidova narkotik vasitəni satmaqda şübhəli bilinən N.Ağakərimov da müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan 370 qram marixuana, metamfetamin və kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.