“Lady Sharm”ın rəhbərini həbsdən çıxarmaq üçün qardaşı 300 minə razılaşıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2 il əvvəl "Bandotdel"in keçirdiyi əməliyyatla məşhur brendləri saxtalaşdıraraq satdığı üçün saxlanılan "Lady Sharm" mağazasının vəzifəli şəxsləri Elnur və Səməd İsmayılovla bağlı növbəti cinayət işi başlanılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin zaman "Lady Sharm" MMC-yə daxil olan mağazalar şəbəkəsinin direktoru Elnur İsmayılov həbs edilsə də, qardaşı Səməd polisin nəzarətinə verilməklə sərbəst buraxılmışdı.
S.İsmayılov bu sərbəstlikdən istifadə edərək qardaşını həbsdən azad etdirmək üçün 300 min manat rüşvət vermək məqsədilə vəzifəli şəxs axtarışına çıxıb. O, "Carçıoğlu Group" MMC-nin rəhbəri Azər Pirimov vasitəsilə onun işçisi Kənan Quliyevin atası Hikmət Quliyevə müraciət edib. H.Quliyev isə, öz növbəsində, dostu Mehdi Sadıxovla danışıb. Mehdi isə ona yalandan vəd verərək Prezident Administrasiyasında, Baş Prokurluqda vəzifəli tanışlarının olduğunu deyərək bu işi həll edə biləcəyini deyib.
Elnur İsmayılovun həbsdən azad edilməsi üçün iş 300 min manata danışılıb. Səməd əvvəlcə H.Quliyevə 50 min manat pul verib, lakin bir müddət sonra işin həll edilmədiyini gördükdə hüquq-mühafizə orqanlarına müraciət edib.
Bu dələduzluq işi üzrə Hikmət Quliyev və Mehdi Sadıxovla yanaşı Kənan Quliyev də həbs edilib. Kənan Quliyev Hikmət Quliyevin oğlu kimi bu cinayətin iştirakçısı hesab edilib. Hər üç şəxs dələduzluğa cəhddə, başqa şəxsi cinayət törətməyə təhrik etməkdə və vəzifəli şəxsə rüşvət verməkdə ittiham ediliblər. İstintaq zamanı dəymiş zərər 50 min manat Səməd İsmayılova ödənilib. Hikmət Quliyev 8 il, Mehdi Sadıxov 8 il, Kənan Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. H.Quliyevlə M. Sadıxov özlərini təqsirli bilsələr də, Kənan Quliyev qərardan narazı qalıb.
Bu müddətdə qardaşını azadlığa çıxarmaq istəyən Səməd İsmayılovun özü "Lady Sharm" mağazalar şəbəkəsinin cinayət əməllərinə görə həbs edilib.
Kənan Quliyev isə Bakı Apelyasiya Məhkəməsinə şikayət edərək barəsində bəraət hökmü çıxarılmasını istəyir. O, heç bir sübut olmadan, yalnız şahidlərin - əsasən də Səməd İsmayılovun qərəzli və yalan ifadələri əsasında həbs edildiyini iddia edir. S. İsmayılov məhkəmədə ifadəsində deyib ki, Kənanla 2019-cu ildə "Memar Əcəmi" metro stansiyasının yaxınlığındakı "Texnikabank"da (2016-cı ildə bağlanıb) tanış olublar.
O, həmçinin bir ifadəsində 50 min manatı Kənana verdiyini, digər ifadəsində isə onun atası Hikmət Quliyevə verdiyini deyib. Digər təqsirləndirilən Mehdi Sadıxov isə 30 min manatı Səməd İsmayılovdan şəxsən özünün aldığını etiraf edib. S. İsmayılov Hikmət və Mehdi ilə "Gənclik"də görüşərkən Kənanın da orada olduğunu deyərək onun cinayətdə iştirakçı olduğunu əsaslandırıb. Lakin istintaqda məlum olub ki, həmin zaman Kənan Keşlə qəsəbəsində ofisində olub.
Kənan Quliyev apelyasiya şikayətində qeyd edib ki, bütün bu ziddiyyətlər onun məhz qisas məqsədilə yalan ifadə əsasında həbs edildiyini göstərir: "Elnur və Səmədin atası Heydərxan Səmədov mənim ailəmə deyib ki, övladları həbs edildiyi üçün qisas alır və onun oğulları həbsdə olduğu müddətdə mən də həbsdə qalacağam".
Qeyd edək ki, "Bandotdel"in keçirdiyi əməliyyat zamanı müəyyən olunub ki, "Lady Sharm" mağazalarında satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm"ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara "Chanel", "Fendi", "Dolce & Gabbana", "Valentino", "Chiristian Dior", "İtterre" və digər dünyaca məşhur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
XƏBƏR LENTİ
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)





