Bakıda qadını doğrayıb zibil qutusuna atan şəxs qayınatası imiş - Əri xaricdə olub - YENİLƏNİB - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
11:22
Bakıda zibil qutusunda meyiti tapılan qadını qətlə yetirən şəxsin kimliyi məlum olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, yanvarın 27-də Nəsimi rayon ərazisində zibil qutusunda tapılan meyitin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib. Məlum olub ki, qadın qayınatası İdris Məhərrəmovla bir evdə yaşayıb və qətl hadisəsini də məhz İ.Məhərrəmov törədib. Məlumata görə, İ.Məhərrəmov gəlinini yatdığı yerdə evdə tək olarkən qətlə yetirərək hissələrə ayırıb. Daha sonra isə o, izi itirmək üçün qadının meyitini torbalara yığıb yaxınlıqdakı zibil qutusuna atıb.
Qətlə yetirilən B.Məmmədovanın həyat yoldaşı xarici ölkələrdən birində olduğundan o, qayınatası və qayınanası ilə birlikdə yaşayırmış.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Nəsimi Rayon Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cinayət işi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
----------
11:03
Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.
İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.
Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.
Hadisənin qısqanclıq zəmində baş verdiyi ehtimal edilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda açılmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
XƏBƏR LENTİ
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?
-
1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda tikilidə yanğın başladı
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
-
Xarkovda dağıntılar altında insanlar axtarılır
-
Plener əsərlər sərgisi açılacaq
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Korrupsiya barədə məlumat verənlərə 20 min manat veriləcək?
-
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Azərbaycana məğlubiyyətə görə istefa verdi





