Kriminal

Cəbrayılda komendant postunda saxlanılan avtomobildə hərbi sursat aşkarlandı

18 Noyabr 2020 13:12
Baxış: 3 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 15-də saat 17 radələrində Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.