Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq amansızlıqla öldürən qadınla bağlı məlumat yaydı - Qatil tək olmayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prokurorluq Bakıda həyat yoldaşını qətlə yetirən qadının cinayət işi ilə bağlı məlumat yayıb.
Suraxanı Rayon Prokurorluğundan Milli.Az-a bildiriblər ki, 7 iyul 2019-cu il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Araz Sofiyevin yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qəsdən öldürülməsi faktı ilə bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işinin istintaqı aparılıb.
İstintaqla Rəna Sofiyevanın əri Araz Sofiyevə psixotrop maddəni naməlum üsulla qəbul etdirməklə onu halsız vəziyyətə gətirib, özünü müdafiə etmək qabiliyyətinin olmamasına əmin olduqdan sonra istintaqa məlum olmayan şəxslə (və ya şəxslərlə) birlikdə kəsici-deşici alətlərlə yatdığı üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ərinə qarşı müstəsna dərəcə də amansızlıq və qəddarlıq nümayiş etdirərək qeyd olunan alətlərlə, eləcə də bərk küt əşya ilə çoxsaylı zərbələr vurmaqla öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Rəna Sofiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin, Rəna Sofiyeva ilə qabaqcadan əlbir olan şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədilə həmin cinayət işinin materiallarından Cinayət Məcəlləsinin eyni maddələri ilə cinayət işi ayrıca icraata ayrılmaqla iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Rəna Sofiyevanın təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Neft qiymətləri kəskin ucuzlaşdı - Brent 97 dollardan aşağı düşdü
-
FHN çimərliklərə üz tutanlara çağırış etdi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
-
Hitlerin doğulduğu ev polis bölməsi oldu
-
Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
-
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
-
Qarpızı belə doğrayın, süfrəniz daha gözəl görünsün
-
Astanada oturmaq həqiqətən qisməti bağlayırmış
-
Uşaqların telefonuna nəzarət: Hansı yaşa qədər düzgündür?
-
Ömrü uzada bilən isti içkilər
-
Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr
-
Hər gün xiyar yeməyin faydası
-
Paltaryuyanda yuyucu tozu hara tökmək lazımdır? - Çoxlarının etdiyi səhv
-
Qəhvənin möcüzəvi təsiri - Xərçəng və diabet riskini azalda bilər
-
Qızdırmanı belə salmağa çalışmayın - Təhlükəlidir
-
Süni intellektə ən çox verilən 10 sual - Soruşulanlara inanmayacaqsınız
-
Bu çips kartofdan deyil - Mal ətindən hazırlanır
-
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
-
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
-
Varlanmaqda çox çətinlik çəkən üç BÜRC
-
İran Silahlı Qüvvələri hər öldürülən iranlı üçün bir amerikalı əsgər öldürəcək - Əli Abdullahi
-
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
-
Daha bir övladı Pittin soyadını istəmir
-
Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib





