Kriminal

Bakıda dəhşətli hadisə: Müğənni oteldə əri tərəfindən öldürüldü - TƏFƏRRÜAT

6 Sentyabr 2020 13:10
Baxış: 8 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonunda həyat yoldaşını öldürməkdə ittiham olunan Murad Şamilovun barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Murad Şamilovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, paytaxtın Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən "Salt" hotelində qətl hadisəsi baş verib.

Sentyabrın 3-də, gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.

Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.

Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib.

Qətl hadisəsindən əvvəl Murad şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün "Salt" hotelində görüş təyin edib.

Qadın onun təklifini qəbul edib. Onların görüşü faciə ilə bitib.

Qeyd edilir ki, qadın paytaxt restoranlarının birində müğənni kimi çıxış edirmiş.

Onların iki azyaşlı övladı var.

İstintaq orqanı tərəfindən Murad Şamilovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Binəqədi rayon Prokurorluğunda istintaq gedir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.