Kriminal

Bakıda qanunsuz narkotik istifadəçisi həbs olundu

7 İyul 2020 18:33
Baxış: 1 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Suraxanı rayonunda narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Suraxanı rayon sakini Rəhman Yusifov ətrafında aparılan araşdırmalarla və ondan götürülən bioloji nümunələrlə onun qanunsuz narkotik istifadəçisi olması aşkarlanıb.

Onun barəsində toplanmış matereallar rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə R.Yusifov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 60 gün inzibati qaydada həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.