Kriminal

Oğlunun gözü qarşısında arvadını öldürüb, intihar edən şəxs azərbaycanlı imiş - VİDEO - FOTO

17 Fevral 2020 13:21
0 Şərh     Baxış: 4 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxuşaqlı Arif Salayev övladının gözü qarşısında arvadını güllələyib, sonra intihar edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın paytaxtında baş verən dəhşətli hadisə barədə "LIFE SHOT" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, Arif arvadı Yelenaya üç dəfə atəş açıb. Bundan sonra uşaq dəhlizə qaçaraq  qonşulardan polis çağırmasını istəyib.

"Qətldən sonra  Arif silahla arvadının otağından çıxıb, sonra öz otağına girib. Orada daha bir atəş səsi eşidilib", - məlumatda bildirilir.

Qonşuların sözlərinə görə, ailədə beş uşaq var. Ancaq hadisə baş verən vaxt evdə səkkiz yaşlı oğulları olub. Onlar bildirib ki, ailənin maddi vəziyyəti yaxşı olub. Salayevlər 13 ildən artıq bu evdə yaşayıb.

"Mash" "Telegram" kanalı xəbər yayıb ki, Arif və Yelena boşanmalarına baxmayaraq, bir yerdə yaşayıblar.

Hadisə ilə bağlı istintaqa başlanılıb. 

Övladının gözü qarşısında arvadını güllələyən şəxs barədə yeni təfərrüat açıqlanıb. 

Məlum olub ki, Arif Salayev milliyyətcə azərbaycanlı imiş. Qonşunun sözlərinə görə, onun haqqında pis heç nə deyə bilməz:

"Hər zaman salamlaşardı, xeyirxah biri idi. Həmişə uşaqları ilə masaüstü tennis oynayardı. Arada spirtli içki qəbul edirdi".

O, əlavə edib ki, Arif yerli yük terminalında fəhlə işləyib.

Qonşunun ehtimalına görə, faciə qısqanclıqdan yaranan ailə münaqişəsi zəminində baş verə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.