Kriminal

Yevlaxda 15 yaşlı qıza təcavüz edildi - TƏFƏRRÜAT

1 Fevral 2020 18:08
2 Şərh     Baxış: 8 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yevlax rayonunda azyaşlı qıza təcavüzdə ittiham olunan Tacir Rüstəmova cinayət işi açılıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Tacir Rüstəmov rayon ərazisində 15 yaşlı Səbinə Məmmədova (ad və soyad şərti verilib - red.) ilə cinsi əlaqədə olub.

Cinayət işi baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Günay Cavadovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 6-a təyin olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.