Kriminal

Rusiyada Çin vətəndaşı azərbaycanlını öldürdü

10 Yanvar 2020 16:26
0 Şərh     Baxış: 1 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva şəhərində azərbaycanlı öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın cənub-şərq hissəsində baş verib.

Xəbərdə bildirilir ki, Marinski Park küçəsində yerləşən evlərin birinin liftinin qarşısında çox sayda bıçaq vurulmuş kişi meyiti tapılıb.

Müəyyən olunub ki, o, 53 yaşlı Azərbaycan vətəndaşıdır.

Hadisəni törədən şəxsin Çin vətəndaşı olduğu bildirilib.

Hazırda "KİA Optima" markalı avtomobili idarə edən həmin şəxs axtarışa verilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.