Ermənilərin hücumuna məruz qalan azərbaycanlı jurnalist danışdı - ŞOK TƏFƏRRÜAT - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Krasnodar diyarının Armavir şəhərində AzTV-nin əməkdaşına hücum edilməsi barədə xəbər verimişdik.
Milli.Az xəbər verir ki, hadisə erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi zamanı baş verib. Belə ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.
Xüsusi müxbir Zakir Musayev bildirir ki, hadisə canlı bağlantıdan sonra baş verib:
"Səhər saat 10 radələri idi. Canlını bitirdim, çəkilmiş materialı efirə göndərmək üçün interneti olan kafeyə girdik. Üstündən 2 dəqiqə keçmədi ki, arxamızca kafeyə 4 nəfər erməni girdi. Üstümüzə qışqırıb, bizi təhqir etməyə başladılar. Kafe sahibəsi qadın əvvəl onları qovmaq istəsə də, erməni olduqlarını biləndən sonra onlara qoşuldu. Daha sonra bizi kafedən çölə atdılar".
Musayevin sözlərinə görə, küçədə 50-ə yaxın erməni azərbaycanlı jurnalisti mühasirəyə alaraq, onun kompüterini əlindən almağa cəhd göstərib. Məsələyə polis müdaxilə etsə də, azğınlaşmış qrup polisin işinə belə mane olmağa çalışıb:
"Artıq küçədə bizi çoxsaylı erməni gözləyirdi. Hamısı təhqir edir, bəziləri isə bizə güc tətbiq etməyə çalışırdı. Həm özümüzə, həm də texnikamıza hücum etməyə başladılar. Əlbəyaxa oldular, kameramızı təpiklə vurdular və sındırdılar. Beləcə günümüz küçələrdə, polisdə və tibbi ekspertizada keçdi".
Qeyd edək ki, xüsusi müxbir Armavirdə ötən ay çəkiliş apararkən də ermənilərin müdaxiləsi ilə rastlaşmışdı.
Azərbaycan Mətbuat Şurası Azərbaycan Televiziyasının Rusiya üzrə xüsusi müxbiri Zakir Musayevin fəaliyyət göstərdiyi ölkənin Krasnodar vilayətinin Armavir şəhərində peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalması ilə bağlı Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb.
Müraciətdə eyni zamanda bildirilib ki, söz və ifadə azadlığını boğmağa, jurnalistin peşə fəaliyyətinə zorakı üsullarla mane olmağa yönələn bu hadisə Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində dərin hiddət və təəssüf hissi doğurub: "Baş vermiş hadisəyə qanun çərçivəsində layiqli qiymətin verilməsi oxşar halların gələcəkdə təkrarlanmaması baxımından önəmli və zəruridir. Əminik ki, nəinki Rusiyanın, eləcə də dünyanın aparıcı media qurumlarından olan Rusiya Jurnalistlər İttifaqı məsələyə münasibətdə adekvat hüquqi tədbirin seçilməsinə öz dəstəyini əsirgəməyəcək. Sizdən bununla bağlı müvafiq kömək göstərməyinizi xahiş edirik". (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
XƏBƏR LENTİ
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib





