Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun məhkəməsi başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib və qərar çıxarılıb.
Qərara əsasən, iş üzrə məhkəmənin baxış iclası noyabrın 28-də qapalı keçiriləcək.
Rəsmi məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.
Bildirilib ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.
Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı Beynəlxalq Hava Limanında Azərbaycannın hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Məlumatda qeyd edilib ki, hazırda Azərbaycan Respblikasının vətəndaşı olan Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilib.
F.Abbasova Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
XƏBƏR LENTİ
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu





