Xose Bernardo onu bıçaqlayan şəxsin kimliyini açıqladı: "Qardaşım arvadının..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Teleaparıcı Xose Bernardo və qardaşı Rəfael Hüseynovun bıçaqlanmasının təfərrüatı məlum olub.
Milli.Az xəbər verir ki, APA TV-yə açıqlama verən aparıcının sözlərinə görə, hadisə evlərinin qarşısında baş verib.
O, axşam radələrində evdə olarkən qardaşı Rəfael Hüseynovun həyətdə bir nəfərlə mübahisə etdiyini eşidib. Səsə çölə çıxan zaman artıq Rəfaelin qan içində olduğunu görüb: "Qardaşımın səsinə çıxdım evdən. Gördüm qardaşım bir nəfərlə əlbəyaxa dalaşır. Onda gördüm ki, qardaşım artıq bıçaqlanıb. Onun üstünü qanlı görəndə mən həmin oğlanla tutaşdım. O zaman mənə bıçaq necə dəyib, hiss eləməmişəm. Ondan sonra xəbərim yoxdur".
Səs-küyə qonşular çıxan zaman həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb. Xose Bernardo deyir ki, onları bıçaqlayan şəxsi qardaşı Rəfael Hüseynov əvvəllər tanıyıb: "Bıçaqlayan şəxs qardaşımın indiki həyat yoldaşının keçmiş əri olub. Hesab edirik ki, hadisə qısqanclıq zəminində baş verib".
Bəzi KİV-də və sosial şəbəkədə hadisənin Pirallahı rayonunda yerləşən restoranlardan birində, tərəflərin içkili vəziyyətdə baş verdiyi yazılsa da, Xose Bernardo bu məlumatın əsassız olduğunu deyir: "Hadisə evimizin qarşısında baş verib. Heç həmin günü restoranda olmamışıq. Biz içki içən deyilik. Nə mən içirəm, nə də qardaşım. Elə bir şey olmayıb".
Qeyd edək ki, teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində artıq saxlanılıb. Həmin şəxs əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
XƏBƏR LENTİ
-
Zülfiyyə Qurbanova: "Flmlərdəki öpüşmə, zorlama səhnələri paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"





