Kriminal

Onlar da ölmək istəmirdi... - FOTOlar

24 Avqust 2019 18:36
20 Şərh     Baxış: 5 062

Türkiyənin Kırıkkale şəhərində ərin keçmiş arvadı Əminə Buludu 10 yaşlı qızının gözləri önündə amansızcasına qətlə yetirilməsi qadına qarşı olan şiddəti bir daha gündəmə gətirib.

Belə hadisələrin çoxu ailə münaqişəsi zəminində baş verib. Bəzən tərəflər ortaq məxrəcə gələ bilmirlər və bu mübahisələr sonda qanla bitir.

Sözsüz ki, belə hallarda ən çox zərərçəkənlər, qurbanlar zərif cinsin nümayəndələri olur. Mətbuatda çox nadir hallarda kişinin qadın tərəfindən qətlə yetirilməsinə rast gəlmək olar. Amma dövrü mətbuatda qadının kişi tərəfindən, özəlliklə amansızcasına öldürməsi ilə bağlı həddindən çox materiallar var.

Milli.Az "Qafqazinfo"ya istinadən onlardan bir neçəsini təqdim edir:

Belə dəhşətli hadisələrdən biri cari ilin avqustun 18-də Şəmkirin Sarıtəpə kəndində baş verib. Ərindən boşanaraq 2 yaşlı oğlu ilə anasının yanına qayıdan Mətanət Əsədova ərinin hücumuna məruz qalıb. Belə ki, keçmiş ər Elmar Məmmədov gecə 3 radələrində eks-arvadının yataq otağına daxil olub və evi yandırıb. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb. Yanıq xəsarətləri alan Mətanət və onun anası Səltənət Məsimova 
xəstəxanaya çatdırılıb, 1 gün sonra isə 24 yaşlı ana ölüb. Qayınananın isə vəziyyətinin ağır olduğu bildirilir.

Buna oxşar hadisələrdən biri 2019-cu ilin martın 2-də Bərdənin Kətəlparaq kəndində qeydə alınıb. Belə ki, ər həyat yoldaşını baltalayaraq öldürüb, qayınanasına isə ağır xəsarət yetirib.

İmişli sakini, 30 yaşlı Elçin Qurbanov qayınatasıgilə gedərək 1 ilə yaxındır ki, ondan ayrılaraq anası ilə yaşayan həyat yoldaşı, 27 yaşlı Nəvat Qurbanovanı balta ilə qətlə yetirib. Sonra isə qayınanası Rahilə Qarayevaya balta ilə ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elçin Qurbanov evə od vuraraq oradan uzaqlaşıb. Məlum olub ki, Elçin Qurbanov evi yandırdıqdan sonra 6 yaşlı övladını da götürərək oradan uzaqlaşıb. Ardınca isə könüllü şəkildə polisə təslim olub. Verilən məlumata görə, Nəvat Qurbanova həyat yoldaşı Elçin Qurbanovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə ailənin boşanması üçün 3 ay vaxt verib. Hadisə də Elçinin boşanmaq istəməməsi səbəbindən baş verib.

Dəhşətli hadisələrdən biri 2018-ci ilin dekabrında Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb. Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Ramiz Taxveli "Buta Palace"ın art direktoru olub.

Tükürpədən olaylardan biri də Salyanda baş verib. 2014-cü ildə itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradə və Ümidənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilib. 

2015-ci ilin fevralında məhkəmə qərarıyla ayrılan, amma bir evdə yaşayan kişi keçmiş arvadını öldürüb. Hadisə Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində baş verib. Cinayəti 1982-ci il təvəllüdlü  Qurban Əflatun oğlu Kasımov törədib, qurban isə 28 yaşlı Muradova Nübar Cümə qızı olub. 

Cinayətin aşkar edilən təfərrüatları isə fəaliyyətləri dövründə çoxsaylı vəhşiliklər görən polis və prokurorluq əməkdaşlarını belə şoka salıb. O, arvadının yalnız başını deyil, cinsiyyət orqanını da kəsib, sonra isə arvadının qaşlarına yapışdırıb. Bütün bunlar iki azyaşlı uşağın olduğu evdə baş verib. Kişi onları qonşu otaqda bağlayıb, sonra arvadını qətlə yetirib. Polis İdarəsində Kazımovu şizofren xəstəsi adlandırıblar. 

Ötən il Mingəçevir şəhər Məhkəməsində, məhkəmə zalında kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib. Şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib. Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib. 

***
Bu ilin iyunun 7-də Bakının Bayıl qəsəbəsində 3 uşaq anası qətlə yetirilib.

1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib. Araşdırma zamanı müəyyən edilib ki, K.Mikayılova sevgilisi tərəfindən öldürülüb. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi-1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu evdə mübahisə ediblər. Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasıyca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub. F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb.

2019-cu ilin martında Bakıda 6 il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub.

Belə ki, 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb. 2013-cü ilin noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Türkiyədə də azərbaycanlı qadınlar münasibətdə olduqları kişilər tərəfindən öldürülüb. Belə hadisələrdən biri 2019-cu ilin yanvarında Burdur əyalətində baş verib.

24 yaşlı azərbaycanlı Qənirə Cabbarova həmyaşıdı olan sevgilisi Xəlil A. tərəfindən 55 bıçaq zərbəsi ilə qətlə yetirilib. 

Məlumata görə, barda əylənən cütlük taksi ilə evə qayıdarkən yolda mübahisə edib. Daha sonra taksidən düşərək mübahisəni davam etdiriblər. Bu zaman Xəlil.A qadına müxtəlif nahiyyələrindən 55 bıçaq zərbəsi vurub. 

Bundan başqa, ötən daha bir azərbaycanlı qadın türk sevgilisi tərəfiondən öldürülüb.

Hadisə Konya şəhərində baş verib. Məlumata görə, olaydan bir gün əvvəl 3 uşaq anası, 50 yaşlı Sahibə Yüksəlir özündən 4 yaş kiçik, evli sevgilisi Rahim A.nın iş yerində evlilik mövzusunda mübahisə edib. 

Şahidlər polis çağırdıqdan sonra onlar problem olmadığını bildirib və barışıblar. Lakin növbəti gün cütlük Rahim A. nın avtomobilində olarkən yenidən mübahisə düşüb və kişi Sahibəyə 8 dəfə atəş açaraq onu yaralı halda maşında qoyub qaçıb. Qadın xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. 

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    anonim · 24 Avqust 18:3977

    vallah bu kişiləri də qınamıram.Şəkidə aptekdə kassir işləyən qız var Ayseldir adı atası yaşda kişiylə telefonla danışır kişisindən xəbərsiz kişi də neyləsin

    Cavab yaz
    • Anonim
      Roya · 24 Avqust 19:0393

      Men sizinle razı deyilem.Eger, xeyanet meseleleri sizin dediyiniz şekilde hell olunmalıdırsa onda dünyada en çox kişileri gözleyir bu aqibet.Xeyanet,çox alçaqca bir emeldir.Ancaq, öldürmek evezine ayrılmak yeni bir hayata başlamaq lazımdır.

      Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 24 Avqust 19:07100

      Anonim xanım, adını deyib reklam etməyinizə ehtiyac yoxuydu. Sabah o Aysel öldürülsə günahkar sən olacaqsan, insan ölümünə səbəb olacaqsan. Hələ şahid kimi məsuliyyətə də cəlb oluna bilərsiz. Ona görə gördüyünü görməməzliyə, eşitdiyini eşitməməzliyə vur ki başın ağrımasın. Sənə uğurlar.

      Cavab yaz
    • Anonim
      asi · 24 Avqust 19:2852

      Heç sizin başqa səxsin adını çəkib xəbər saytında onun haqqında məlumat yaymağınız da düz deyil...Yəni buna görə sizi də bu və ya digər şəkildə cəzalandırmaq olar).. O xanım hər kimdir, özü bilər ailəsi bilər..Siz nə üçün onun adını, iş yerini, harada yaşadığını belə açıq şəkildə yazırsız??..

      Cavab yaz
    • Anonim
      asi · 24 Avqust 19:4932

      Məmcə sizin haqqınız və ixtiyarınız yoxdur, başqa səxs haqqında sosial mediada belə açıq məlumat yaymağa..Hələ adını işini də elə dəqiq yazmısınız ki, elə bil belə lazımdır..Dədəsinin adını nə əcəb yazmamısız??..

      Cavab yaz
    • Anonim
      Sinir · 24 Avqust 21:2480

      Heç utanırsız hərəkətinizdən? Qızın bütün dannılarını açıb tökdüz! Qıza haqq qazandırmıram, amma lap əri xəbər tutsa belə yenədə öldürməyə ixtiyarı yoxdu! Ay daşdövründən qalma nüsxələr sivil qaydada boşanmaq deyilən bir anlayış var! 21 əsrdə yaşayırıııııq!!!

      Cavab yaz
  • Anonim
    Tovuzlu E · 24 Avqust 18:46111

    Sebeb ne olur olsun qadin cinayetine haqq qazandirmaq olmaz Ve ya hansi sebeb ana ve dord qizini oldurmeye haqq vere biler Ele de diger cinayetler

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 24 Avqust 18:5652

    Bax belə.Bizim qadınlar da bizim üçün qiymətli olmalıdır.Ziyalı qadınlarımız,şou əhli bununla gündəmə gəlsinlər!Etiraz etsinlər heç olmasa,səs çıxarsınlar!Guya bizdə azdı Əminələr??

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 24 Avqust 19:0451

    Gəncədə baş verənlər yazılmayıb. Ötən il 23 yaşlı boşanma ərəfəsində olan xanımı əri elə məhkəmədə öldürmüşdü, sonra Məsim adlı biri boşandığı arvadını və qaynatasini tüfənglə öldürmüşdü. Hansı birini deyəsən?

    Cavab yaz
  • Anonim
    gulicka · 24 Avqust 20:5191

    Allah belə zibil kişilərin bəlaların versin bu boyda arvad öldürüb türməyə düşənədək gedib 1ermeni öldürsünlər qadına gücləri çatır alcaqlar

    Cavab yaz
  • Anonim
    Rəssam · 24 Avqust 21:1170

    Yadıma bir hadisə düşdü. Bir dəfə bir qohumgilə getmişdik. Daha dogrusu onları Bakıdan evlərinə aparmışdım. Getdik ki,mətbəxdə stolun üstündə qalmış qəndə bir topa qarışqa yıgılıb.Əvvəlcə elə bildim qadın həmin qarışqaları rahat şəkildə öldürəcək.Amma baxdım ki qadın qarışqaları çox çətinlikə dərin bir stəkana yıgdı və aparıb həyətdə boşaltdı...

    Cavab yaz
    • Anonim
      Sinir · 24 Avqust 22:2836

      Heç dəxlisi var?

      Cavab yaz
      • Anonim
        sinirə · 24 Avqust 23:5081

        Yəni demək istiyibki biri qarışqaları öldürməyə əli gəlmiyib, başqaları isə qadını rahatlıqla öldürür

        Cavab yaz
        • Anonim
          asi · 25 Avqust 09:4620

          Biri yox, qadın).. Yəni qadın qarışqanı öldürməyə qıymadığı halda qadını rahatlıqla öldürə bilənlər var..Və ya yolunu səhv salmış birini öldürüncə, çətin də olsa, onu düzgün yola qaytarmaq lazımdı, nəinki öldürmək...

          Cavab yaz
          • Anonim
            Rəssam · 25 Avqust 10:0730

            Sabahın xeyir, uşaqların o biri nənəsi idi). Bəlkə yüzlərlə qarışqanı bir dənəsinə də ziyan vermədən bir stəkana yıgdı səbrlə)

            Cavab yaz
          • Anonim
            asi · 25 Avqust 12:3910

            Salam..Bir elə əziyyət çəkincə qəndi bağışlayaydı qarışqalara).. Kənddə bizim başımıza tez-tez gəlirdi..həyətdə stolun üstündəki qəndin qapağı açıq qalanda qarışqalar hücum çəkirdi..Elə də tez yeyirdilər ki, qəndin çoxu yarı qalırdı).. Onda qənd qarışıq aparıb tökürdük, orda başları qarışırdı)..

            Cavab yaz
            • Anonim
              Rəssam · 25 Avqust 12:4400

              Qəndi də bagışlamışdı. Amma bir az dagınıq idilər ona görə bir-bir yıgırdı)

  • Anonim
    Samire · 24 Avqust 22:1113

    Allaha aciq getmesin, Turkiyede yashayan Qenire kimilerinin yashamaqindansa olmeyi meslehetdir, yene de Allah kecsin gunahimdan...

    Cavab yaz
  • Anonim
    Aygun · 25 Avqust 11:1330

    Boşanandan sonra senin neyine gerek arvadin kimle ne munasibetde olduqu boşanibsan here oz heyatini yasasinda

    Cavab yaz
  • Anonim
    heqiqet · 26 Avqust 05:1210

    Ne qederki avropalawma gedir bu olkede elede olacaq.Iwsizlik bir yandan narkotikada bir yandan kiwilerimizi avara qoyub.Bekarciliqdan bilmirler ne etsin.Goz gore gore hebsxanaya uz tuturlar.Gah ogurluq edirler gahda adam oldururler.Bunlari nezere alib hokumet qayda qanun yaratmalidir.Sevgi ustunde qurulan aile bele weylerin ustunde dagilir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.