Kriminal

Bakı sakininin avtomobilində silah-sursat aşkarlandı

8 Avqust 2019 18:00
0 Şərh     Baxış: 1 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhər sakini S.Şahalıyevin avtomobilindən silah-sursat və 39 kiloqramdan artıq marqanes götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Şahalıyevin idarə etdiyi "Volkswagen" markalı avtomobilə baxış zamanı üzərində nişangah quraşdırılmış "TOZ-8" markalı silah, 88 ədəd patron və 39 kiloqram 500 qram kalium permanqanat (marqanis) aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.