DSX: 18 kq-dan çox narkotik dövriyyədən çıxarılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
DSX-dən Milli.Az-a verilən məlumata görə, 22 iyul 2019-cu il tarixdə Füzuli rayonu Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həmçinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar.
22 iyul 2019-cu il tarixdə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölməsinin xidməti sahəsində 2 nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hərəkətləri diqqəti cəlb etmiş, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmələrinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşyalarına baxış keçirilib, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub.
Saxlanılmış şəxslərin şəxsiyyəti dəqiqləşdirilib, Lənkəran rayon sakinləri 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)





