Kriminal

Kafeyə işə düzələn sevgilisini diri-diri yandırdı - Tovuzdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

12 İyul 2019 21:35
2 Şərh     Baxış: 3 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Əflatun Ələkbərovun cinayət işi üzrə məhkəmə baxış iclası keçiriləcək.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək proses iyul ayının 23-nə təyin olunub.

İttihama görə, bu ilin yanvarın 15-də Tovuz rayonunda Əflatun Ələkbərov qeyri-rəsmi münasibətdə olduğu və yaşadığı 1991-ci il təvəllüdlü Nüşabə Bayramovanın üstünə benzin tökərək onu yandırıb.

Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaqın gəldiyi nəticəyə görə, hadisə şəxsi mübahisə zəminində baş verib.

Belə ki, qadın kafelərin birində işə düzəlib. Əflatun Ələkbərov isə onun kafedə işləməsinə etiraz edib.

Lakin qadın Əflatun Ələkbərovun sözünə əhəmiyyət verməyib.

Buna görə də onların arasında mübahisə yaranıb və mübahisə sonda dəhşətli olayla nəticələnib.
İstintaq orqanı tərəfindən Əflatun Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2-4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.