“Ağdam bandası”ndan XƏBƏR VAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada silsilə qətllər törətməkdə və sifariş etməkdə təqsirləndirilən, "Ağdam bandası" qruplaşmasının başçısı, 57 yaşlı Murad Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək M.Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, M.Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam ödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə ittiham olunaraq 2010-cu il axtarışa verilib və 2016-ci il fevralın əvvəlində Azərbaycanda tutulub.
Paytaxtın Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rusiyanın 2010-cu ildən "İnterpol" vasitəsilə beynəlxalq axtarışa verdiyi 1962-ci il təvəllüdlü, Ağdam rayonun Salahlı kəndindən olan Murad Məhəmməd oğlu Məmmədov həbs edilib.
Murad Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı - Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum ediliblər.
Araşdırmalar zamanı məlum olub ki, "Ağdam bandası" qruplaşmasının başçısı Murad Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Əlibala Əliyev və Kamil Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Əlibala Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Zamin İsayev özü Murad Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.
M.Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad vilayəti Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub. Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.
Cinayətin törədilməsində şübhəli bilinən Elnur Qafarov və Samir Məmmədovu saxlanılıb. Onlar qızın qətlinin atası Qafar Kərimov tərəfindən sifariş verildiyini deyiblər. Bildiriblər ki, atası qızının əxlaqsız hərəkətlərinə görə onun öldürülməsini sifariş edib. Bu ifadədən sonra Qafar Kərimov həbs olunub, lakin cinayətin əsl mahiyyəti üzə çıxanda o sərbəst buraxılıb.
Məlum olub ki, Murad Məmmədov həmin sahibkar Qafar Kərimovdan himayə olunması üçün haqq tələb edib. Buna əməl etməyən Q.Kərimovun öncə maşını yandırılıb, sonra isə qızı öldürülüb. Qətldə, şantajda və avtomobili yandırmaqda təqsirləndirilən dəstənin digər üzvləri də saxlanılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
“Bu, artıq mümkün deyil, cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik” - Amalın bacısı
-
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
-
Vüqar Əliyev həbs olundu
-
Hakim tiktoker Arzumun həbsi ilə bağlı açıqlama yaydı
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri gündəm oldu - FOTOlar
-
1000-dən çox şəxs dövlət qulluğuna imtahan verəcək
-
Putin Trampla telefonla danışdı
-
Bu gün imtahan var
-
DÇ-2026: Fransa çətin qələbə ilə 1/4 finalda
-
Sağlam qaraciyər üçün qəhvə için
-
Göyərtilər necə saxlanılır: Keşniş, cəfəri, şüyüd və nanənin saxlanma qaydaları
-
Azərbaycanlı məşhur bloqer və influenserlərin bu biznesləri varmış... - (Fotolar)
-
İşdə nə edək ki, daha az yorulaq
-
Enerji içkisi sevənlər oxusun
-
Çılpaq yatmağın faydaları
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb





