Bakıda yatarkən bıçaqlanan kişini öz arvadı qətlə yetirmiş ola bilər - Qadın yalan danışır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini, 1979-cu il təvəllüdlü Sofiyev Araz Knyaz oğlunun qətlində öz həyat yoldaşının əli ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Bakının Suraxanı rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat verib.
Oxu.az-ın daha əvvəl verdiyi məlumata əsasən, iyulun 7-si, saat 03:00-da Yeni Günəşli qəsəbəsində yaşayan A.Sofiyevin evinə iki naməlum şəxs basqın edib. Təqsirləndirilən şəxslərin dediyinə görə, evin sahibinin onlara pul borcu olub. Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıb və evdən çıxarkən A.Sofiyevin həyat yoldaşı Rəna Sofiyevaya da bıçaqla xəsarət yetiriblər. Qadına tibbi yardım göstərilib.
Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən R.Sofiyanın sözlərinə şübhə ilə yanaşır və hesab edir ki, o, nəyisə gizlədir.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, kişiyə 17 bıçaq zərbəsi endirilib. A.Sofiyevə divanda oturanda hücum edilib. Maraqlıdır ki, qətl zamanı evdə Sofiyevlərin 15 yaşlı oğlu və öldürülən şəxsin qayınanası da olub. Onlar iddia edirlər ki, yatmış olublar, buna görə də heç nə eşitməyib və görməyiblər.
Hərçənd ilkin dindirmə zamanı R.Sofiyeva bildirib ki, üzlərini maska altında gizlətmiş cinayətkarlar onun ərindən pul tələb edib və münaqişə bu zəmində baş verib. Ancaq münaqişənin səs-küylə müşayiət olunması qaçılmaz olardı.
Kişiyə vəhşicəsinə divan tutmuş cinayətkarların cinayətin əsas şahidi olan qadına toxunmamaları da qəribə görünür. Onlar yalnız qadının əlini yüngülcə yaralayıblar.
Əldə olunan məlumata görə, Sofiyevlərin evinin yaxınlığında quraşdırılmış müşahidə kamerası həmin gecə ərazidə kişinin hərəkətini qeydə alıb. Lakin hələlik istintaq həmin kişinin kim olduğunu müəyyənləşdirə bilməyib.
Ehtimal edilir ki, qadın istintaqdan həqiqəti gizlədir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, əgər qadın qətldə iştirak edibsə, deməli, onun köməkçisi olub:
"Çox güman ki, bıçaq zərbələrini kişi endirib. Və ən əsası, biz Araz Sofiyevin kimə borclu olduğunu tapmamışıq. İndi istintaq bütün mümkün versiyalar üzərində işləyir".
Daha bir versiyaya əsasən, kişi yatarkən öldürülüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib





