Kriminal

“Dnepr Malış”ın həbsdən FOTOsu yayıldı

10 İyun 2019 12:27
1 Şərh     Baxış: 5 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ötən il həbs olunan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovun həbsxanadan fotosu yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kriminal aləmə daxil olan Yusifov bir müddət əvvəl "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovla şəkli ilə gündəmə gəlmişdi.

Qeyd edək ki, kriminal aləmdə "Dnepr Malış" kimi tanınan Haqverdi Yusifov "Lotu Quli"nin klanına daxildir. O, ötən ilin martında Ukraynanın Xarkov şəhərində yerləşən "Ağdam" restoranının qarşısında "Kalaşnikov" avtomatından atəş açaraq bir Azərbaycan vətəndaşının ölümünə səbəb olan şəxslər arasında yer alıb.

Haqverdi Yusifov hadisə yerindən qaçsa da, Moldova üzərindən Ukraynadan Türkiyəyə keçərkən saxlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.