Kriminal

ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər

20 Fevral 2019 00:45
4 Şərh     Baxış: 2 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ polisi mobil telefonların təmiri mağazasının sahibi olmuş azərbaycanlı gənc Elçin Xəlilovun qatili Tayron Lamark Milleri Texas ştatının Dallas şəhərində həbs edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Elçin bu il yanvarın 14-də, səhər saatlarında Şimali Karolina ştatının Şarlott şəhərində yerləşən öz mağazasında qarət cəhdi zamanı qətlə yetirilib.

Azərbaycanlı gəncin qətlindən sonra polis Millerin videosunu yayıb və Federal Təhqiqat Bürosu qatilin həbs olunması üçün onun yeri barədə informasiya verənlərə 15 min dollar məbləğində mükafat təyin edib. Qatilə qarşı adam öldürmə, təhlükəli silahla qarət və odlu silah gəzdirmə maddələri üzrə cinayət işi qaldırılıb. Polisin məlumatına görə, Miller mağazanı qarət edərkən Elçin heç bir müqavimət göstərməyib. Xəlilov xəstəxanaya çatdırılıb və boyun nahiyəsindən aldığı yaradan dünyasını dəyişib. 29 yaşlı azərbaycanlı gənc əslən Sumqayıt şəhərindən olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.