Sosial şəbəkədə tanış olduğu qadını girov saxladı, dəfələrlə zorladı - Bakıda şok olay
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Nizami rayonunda zorlama faktı qeydə alınıb.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, paytaxt sakini Roman İbrahimov sosial şəbəkələrdən birində Samirə Məmmədova (ad və soyad şərti verilib - red.) ilə tanış olub.
Daha sonra Roman İbrahimov Samirə ilə real həyatda görüşməyə başlayıb.
Bu günlərdə Roman Samirəni rayon ərazisində evlərdən birinə gətirib və orada qanunsuz olaraq saxlayıb.
Roman həmin evdə Samirə ilə dəfələrlə zorla intim əlaqədə olub.
Daha sonra o, Samirəyə zorakılıq göstərib və həmin evdə qalmasını tələb edib. Samirə onun tələbini yerinə yetirmədiyi halda Roman onun yaxın qohumlarını öldürməklə hədələyib.
Roman Samirəni hədələyən zaman silah qismində olan əşyanı nümayiş etdirib. Bu hədələrdən qorxan Samirə həmin evdə qalmağa razı olub.
Samirə evdə qaldığı müddətdə Roman onunla dəfələrlə cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Roman İbrahimovun barəsində Cinayət Məcəlləsinin 145.2.6-cı (silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə), 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə) və 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddələri ilə ittiham elan edilib.
Nizami Rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının Roman İbrahimovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb.
Hakim təqdimatı təmin edib və Roman İbrahimovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda bu cinayət işi üzrə istintaq hərəkətləri davam edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
XƏBƏR LENTİ
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)





