"Abşeron"un sahibi saxlanıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Arxangelsk şəhərində qalmaqallı "Abşeron" kafesinin sahibi Ərəstun Məcidov saxlanılıb.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Məcidov Azərbaycandan olan miqrantların "məsələlərini həll edərkən" ilişib və ötən həftə saxlanılıb. Onun barəsində yaşayış yerini tərk etməmək barədə qətimkan tədbiri seçilib. Məcidova qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü haqda məlumat yoxdur.
Ərəstun Məcidov
Bundan bir neçə ay əvvəl Ərəstün Məcidovun adı Arxangelsk şəhər Dumasının deputatı, rüşvət almaqda təqsirli bilinib 3 il həbs cəzasına məhkum edilən Hüseyn Əliyevin işində keçirdi. Bu işdə Məcidov Əliyevin əleyhinə ifadə verib və onun həbsinə səbəb olub. İttihama əsasən Aleksey adlı biznesmen deputat Əliyevin köməkçisi təyin olunmaq üçün Məcidovun vasitəsilə ona 450 min rubl məbləğində rüşvət verib.

Köməkçi vəsiqəsi həmin biznesmenə öz biznes maraqlarını həyata keçirmək üçün lazım idi. Belə ki, o deputatın köməkçisi statusundan istifadə edərək Arxangelsk şəhər Dumasının komitələrinin qapalı iclaslarına qatılmağı, beləliklə də torpaq sahələrinin satışı, tikinti layihələri və digər işlərlə bağlı işlərini həll etməyi nəzərdə tuturdu.
Lakin rüşvət faktının üstü açılıb və istintaqda "Abşeron" kafesinin sahibi deputat Əliyevə rüşvət ötürdüyünü təsdiqləyib. Nəticədə deputat həbs olunub.
Deputat Hüseyn Əliyev
Ərəstün Məcidov habelə bundan əvvəl Arxangelskin dövlət televiziyasının əməkdaşını döymüşdü. Televiziyanın çəkiliş qrupu yaxınlıqda yaşayan sakinlərin şikayətini araşdırmaq üçün "Abşeron" kafesinə yollanmışdı. Sakinlər şikayətlənirdi ki, sahibkar kafenin ərazisini qanunsuz olaraq genişləndirir, habelə ora toplaşan sərxoşlar insanların rahatlığını pozur. Məcidov isə jurnalistlərin çəkiliş aparmasına mane olaraq onları vurub.
Ərəstun Məcidov keçmiş polis əməkdaşı olub və məlumatlara görə xidməti nöqsanlara görə polis sıralarından xaric edilib. O, sahibkarlıq fəaliyyəti ilə yanaşı özünü vəkil kimi də təqdim edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qazaxda 2 nəfər bıçaqlandı
-
Bakıda villada qanlı hadisə - (Video)
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
-
Bəxtiyar Dali ilə bağlı qərar verildi
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
XƏBƏR LENTİ
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Kolleclərə yeni təyinatlar olub
-
Tovuzda avtomobil körpüdən aşdı - Yaralılar var
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Məşhur gürcü qanuni oğru Moskvada saxlanıldı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Azad edilmiş ərazilərdə 16 tank əleyhinə mina aşkarlandı
-
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - (Foto)
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
-
Simeone La Liqada tarixi rekorda imza atdı
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)
-
Şəhriyar Əbilov: "Bu, nə idi yaşadığım? Nur içində yat"
-
Bakıda hoteldə 46 yaşlı kişi öldü
-
Sılanın əzələli görünüşü diqqət çəkdi - (Video)
-
Qəzetlərə çap üçün aylıq 5 000 manat, saytlarına isə 3 000 manat dəstək veriləcək
-
Bakıda pirotexniki vasitələr aşkar edildi
-
“Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur”
-
Nəfəs Pünhanla yayılan videosuna açıqlama verdi





