Kriminal

​“Özüm yıxıldım ki, uşaq əzilməsin” - Silsilə oğurluqlar edən keçmiş məhkumun “mərhəmət”i - VİDEO - FOTO

10 Mart 2018 17:34
0 Şərh     Baxış: 2 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan qadın rayon polis idarəsinə müraciət edərək, maskalı şəxsin evinə daxil olduğunu, ondan pul və qızıl tələb etdiyini bildirib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, cinayətkar, gəldiyi hədə-qorxu ilə istəyinə nail olub.

Daha bir qəsəbə sakini olan qadın da martın 1-ində evinə maska ilə daxil olan maskalı şəxs tərəfindən döyüldüyü, ona qarşı quldurluq edildiyi barədə şikayət edib.

Bunlardan başqa polisə Ceyranbatan qəsəbəsindən oğurluq faktları ilə bağlı 2 müraciət daxil olub. Məlumatlar əsasında araşdırmalara başlayan Daxili İşlər Nazirliyinin Baş Cinayət axtarışı idarəsi və Abşeron Rayon Polis idarəsinin əməliyyatçıları quldurluq, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elnur Axundovu və Rafiq Ağayevi isti izlərlə yaxalayıblar.

Məlum olub ki, Elnur Axundov həbsdən çıxdıqdan sonra Rafiq Ağayevlə tanış olub, cinayətlərlə bağlı fikri də ona R.Ağayev verib. Adətən Rafiq küçədə gözləyib, Elnur isə üzünə maska, əlinə əlcək geyinərək evlərə daxil olub.

Rafiq Ağayev - Saxlanılan şəxs: "3-4 ay olar ki, türmədən çıxmışdı. Heç yeri tanımırdı. Mən göstərirdim, bu da girirdi".

Elnur Axundov - Saxlanılan şəxs: "Mən heç yeri tanımıram. Bu tanıyırdı bilirdi ki, kim var, kim yox. Axırıncı dəfə gələndə də göstərdi ki, bu Elmangilin evidir. Burda heç kim yoxdur. Mətbəxə girəndə elə bildim ki, otaqdır. Çıxanda qadın çıxdı qabağıma. Gözləmirdim ki, evdə adam olar. Başladı çığırmağa. Həyəcanlanıb yumruqla vurdum, yıxıldı".

Başqasının malına göz dikəndə, tanımadığı mənzillərə daxil olanda, hətta qarşısına çıxan qadını yumruqla vuranda mərhəmət hissi gizlənən Elnurun nədənsə qarşısına uşaq çıxanda hissləri dəyişib.

Elnur Axundov - Saxlanılan şəxs: "Vurandan sonra uşağa dəydim. Papaq başımdan çıxdı. Uşaq yıxılanda tutdum, özüm yıxıldım ki, uşaq əzilməsin".

Dələduzların oğurluq məqsədiylə daxil olduqları 4 evdən biri də Rafiqin dayısının olub.

Elnur Axundov - Saxlanılan şəxs: "Dedi ki, dayımın evində pul var, evdə yoxdur. Axşam getmişik ki, onsuz da, evdə heç kim yoxdur. Qonşunun həyətindən keçib, içəri girmişəm. Qızıl və 200 manat da pul götürmüşəm".

Faktlarla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

​"Özüm yıxıldım ki, uşaq əzilməsin" - Silsilə oğurluqlar edən keçmiş məhkumun "mərhəmət" hissi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.