Kriminal

Qazan oğruları saxlanıldı - 4 evi soyublar - VİDEO - FOTO

18 Aprel 2017 15:43
2 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Silsilə oğurluq törədən dostlar ələ keçdilər. 

İki dost əlbir olub qazan oğurluğuna çıxıb. Amma oğurladıqlarının əvəzini görməmiş polisə yaxalanıblar. 

Milli.Az ARB Şəki-yə istinadən xəbər veri ki, Şəkinin Baş Laysqı kənd sakinləri 28 yaşlı Elvin Cəbiyev və tanışı 20 yaşlı Elvin Əbdürəhimov 4 evdə soyğun törədiblər. Onlar həmkəndliləri Fikrət İbrahimov, Bəhram İbrahimov, Cahangir Həmidov Kamandar Mustafayevin evlərindən ümumilikdə 7 ədəd samovar, 7 ədəd mis qazan, mis naqil və 1 ədəd güyüm oğurlayıblar. Oğurladıqları əşyaları dəmir qəbul edən məntəqələrdə əldən çıxarıblar. 

Aparılan istintaq nəticəsində hər iki şəxsi də yaxalamaq mümkün olub. Elvin Cəbiyev və Elvin Əbdürəhimov dindirilmə zamanı törətdikləri əməldən peşman olduqlarını bildiriblər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Qazan oğrusu dostlar saxlanıldılar - 4 evi soyublar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.