Həkim məhkəmə zalında həbs edildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Apellyasiya Məhkəməsində Bakı Slavyan Universitetinin dekanı olmuş, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə hökmündən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.
E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin vəkili Səməd Vəkilovun APA-ya verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara əsasən, A.Niftəliyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq həkim Firuz İbrahimovun barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. F.İbrahimov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən, müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinin materiallarına əsasən, E.Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilir.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Firuz İbrahimov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd olunub. Məhkəmə hökmündən narazı qalan A.Niftəliyevin vəkili S.Vəkilov apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Onlar F.İbrahimovun cəzasının ağırlaşdırılmasını, F.İbrahimovun vəkili isə apellyasiya şikayətində bəraət hökmünün verilməsini istəyib. Məhkəmə F.İbrahimovun vəkili tərəfindən verilmiş şikayəti rədd edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qətldə təqsirləndirilən şəxsin həyat yoldaşı məhkəmədə etiraf etdi
-
Oğlunun adından dələduzluq: Zaur Kamal onları polisə verdi - (Foto)
-
Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı
-
Bakıda internetə görə qonşular arasında dava - Ölən var
-
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti açıqlandı
-
Çayxanada müştərinin sifətinə bıçaq zərbəsi endirdi
XƏBƏR LENTİ
-
Aleksandr Maslyakovun həyat yoldaşı vəfat etdi (Foto)
-
Brenda Friker vəfat etdi
-
"Qızımın12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi
-
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub (Foto)
-
Festivalları fəth edən film indi yalnız Park Cinemada (Foto)
-
6 ölkənin iştirakı ilə “Birliyin Gücü – 2026” konfransı keçirilib (Foto)
-
AQTA xaricdən gətirilən heyvanlarla bağlı tələbləri açıqladı
-
Travmatoloqdan xəbərdarlıq: İdmanda bu səhvlər ciddi zədələrə səbəb olur
-
Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?
-
Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Rəsmi cavab
-
"Qarabağ”ın futbolçusu komandadan kənarlaşdırıldı
-
Prezident İlham Əliyev gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
-
Azərbaycan Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır - Ceyhun Bayramov
-
Qəbul imtahanında 4 abituriyent maksimum bal topladı
-
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı
-
Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov
-
Narkotik satıcılarına qarşı əməliyyatlar: 161 nəfər həbs olunub - (Video)
-
Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib - (Foto)
-
"Mardinli Merilin Monro" həbs edildi
-
Yeni mövsümün ilk turu bəlli oldu - Premyer Liqada püşkatma - (Foto)
-
Bakıda qeyri-adi kənd yumurtası - Bu əlaməti görsəniz, təəccüblənməyin
-
Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb
-
Flora Kərimovanın son durumu açıqlandı
-
Tərtərdə ağır qəza: Ər və arvad öldü - (Video)





