Kriminal

Bakıda güllələnən qardaşların qətlində sələm və reket izləri

9 Yanvar 2015 10:55
1 Şərh     Baxış: 7 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda iki qardaşın avtomobilində güllələnməsinin ilkin səbəbləri məlum olub. Dünən Qaradağ rayonunda öldürülən 30 yaşlı Cahid və 35 yaşlı Cavid Rəhimov qardaşlarının "Toyota Land Cruiser" markalı avtomobildə güllələnməsinin qısqanclıq zəminində baş verməsi deyilsə də, onların yaşadığı Sahil qəsəbəsinin sakinləri Milli.Az-a maraqlı məlumat veriblər.

Sakinlərin sözlərindən məlum olur ki, qardaşların anası qəsəbə ərazisində məşhur sələmçi kimi tanınır. Cahid və Cavidin isə reketlik etdikləri deyilir. Cinayətin qətli törətməkdə şübhəli bilinən Zaur Tərlanov tərəfindən məhz onların "fəaliyyəti" ilə bağlı olması isə açıqlanmır.

Qaradağ Rayon Prokurorluğu iki qardaşın dünən axşam "Vinçester" silahı ilə qətlinin əsl səbəblərini araşdırır. Prokurorluqdan Milli.Az-a bildirildi ki, faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.