Şou-biznes

"Məcbur həmin qadınla nikaha girdim"

4 May 2025 17:40
Baxış: 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Evimizdə iki maşın var idi. Termosun içindəki şüşəni qırırdıq, içinə pul yığırdıq. Atam deyirdi, şüşələri basdırın, görməsinlər. Gecə işığı söndürüb məni evin damına qaldırırdılar. Yığırdım pulları ora".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həftənin qonağı" verilişində deyib.

Müğənni atasının var-dövlətindən danışıb:

"Həmin vaxt pulu xərcləyə bilmirdik. Evə ikinci soyuducunu ala bilmirdik. Ət qalıb iylənirdi. 1988-ci ildə Bakıya gəldim. Heç vaxt kirayə qalmamışam. Həmin vaxt məcbur bir rus qadınla nikaha girdim ki, Bakıda ev alım və qeydiyyata düşüm"./axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.