Kriminal

Bakıda toyun əks-sədasını bıçaq susdurdu

25 Sentyabr 2014 11:36
0 Şərh     Baxış: 2 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda toyun əks-sədasını bıçaq susdurub. Dünən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində toydan qayıdan Polad Xasıyev evinə yox, xəstəxanaya aparılası olub.

Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, P.Xasıyev tanışı ilə toydan evə qayıdırmış. Onlar məhəllədə səs-küylə danışıb gülürmüşlər. Bu zaman orada yaşayan iki qardaş yola çıxaraq onlardan sakit olmağı tələb edib. Elə bu tələbin üstündə söhbət uzanıb, hələlik adı açıqlanmayan 16 yaşlı qardaş Poladı bıçaqlayıb. Hazırda P.Xasıyev 2 saylı Şəhər Xəstəxanasında müalicə alır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.