Kriminal

Toy karvanında xuliqanlıq edən sürücü saxlanıldı - VİDEO

24 Aprel 2025 18:19
Baxış: 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi "Mersedes-Benz" markalı nəqliyyat vasitəsilə toy karvanında digər hərəkət iştirakçılarına məhəl qoymayaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan rayon sakini S.Abdullayev saxlanılıb.

Milli.Az xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.Abdullayev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.