Uzanaraq kitab oxuyanlara BƏD XƏBƏR - Bel-boyun hissələrdə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzanaraq kitab oxumağı rahatlıq və istirahət üçün ideal hesab edirsiniz? Bəs bu günahsız görünən vərdişin görmə qabiliyyətinizə, duruşunuza və bel-boyun ağrılarına səbəb ola biləcəyini bilirdinizmi?
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, həkimlər və duruş mütəxəssisləri bu vərdişin bir sıra sağlamlıq problemlərinə yol aça biləcəyini xəbərdar edirlər.
Görmə zəifliyindən tutmuş, ciddi dayaq-hərəkət sistemi pozğunluqlarına qədər...
Gözlərin gərginləşməsi
Uzanaraq oxumaq zamanı ilk zərər görən orqanlardan biri gözlərdir. Bu vəziyyətdə göz ilə mətn arasındakı optimal məsafəni (təxminən 30-40 sm) qorumaq çətinləşir. Kitab və ya cihaz çox yaxın və ya narahat bucaq altında tutulur. Bu da göz əzələlərinin həddindən artıq işləməsinə səbəb olur.
Bu vəziyyət uzun müddət davam edərsə, aşağıdakı fəsadlar yarana bilər:
Göz yorğunluğu (astenopiya): yanma, göynəmə, quruluq, qızartı
Bulanıq görmə: müvəqqəti görmə dəqiqliyinin azalması
Baş ağrıları: göz və boyun əzələlərinin gərginliyindən qaynaqlanır
Yaxından görmənin (miopiya) irəliləməsi: uzanaraq oxumaq birbaşa səbəb olmasa da, meyilli insanlarda prosesin sürətlənməsinə səbəb ola bilər
Bundan əlavə, uzanaraq oxuyarkən düzgün işıqlandırma təmin olunmur. İşığın düzgün yerləşdirilməməsi və ya zəif işıq gözlərin daha da gərginləşməsinə səbəb olur.
Duruş problemləri
Uzanaraq oxumaq rahat görünsə də, uzun müddət mətnə fokuslanmaq üçün bu vəziyyət fizioloji baxımdan əlverişli deyil. İstər kürəklə, istər yan, istərsə də qarın üstə uzanmaq - hamısı onurğa və əzələləri qeyri-təbii mövqeyə salır:
Qarın üstə
Ən zərərli mövqedir. Baş ya tam arxaya əyilir, ya da yana çevrilir ki, bu da boyun fəqərələrinə ciddi yük salır. Bel nahiyəsi əyilir, bu isə bel, çiyin və boyun ağrılarına, əzələ spazmlarına və hətta fəqərə yırtıqlarına səbəb ola bilər.
Kürək üstə
Kitabı üstdə saxlamaq və ya başı yastıqlarla qaldırmaq boyunun gərgin və bükülü vəziyyətdə qalmasına səbəb olur. Eyni zamanda qollar tez yorulur, və insan mövqeyini dəyişməyə məcbur olur.
Yan üstə
Bu mövqe onurğanın, xüsusilə boyun və döş qəfəsi hissəsinin əyilməsinə səbəb olur. Baş qeyri-təbii əyilmiş olur, bir çiyin yuxarıda, digəri aşağıda qalır. Bu isə əzələlərə və oynaqlara qeyri-bərabər yük düşməsinə, ağrılara, uşaqlarda və yeniyetmələrdə isə skolyoz və digər duruş pozğunluqlarına səbəb ola bilər.
Uzun müddət bu vəziyyətlərdə qalmaq xroniki bel və boyun ağrılarına, gərginlik səbəbli baş ağrılarına və qan dövranının pozulmasına gətirib çıxara bilər.
Digər mümkün problemlər
Qarın üstə oxumaq daxili orqanlara da təzyiq göstərə bilər. Bu vəziyyət diafraqmanın tam hərəkət etməsinə mane olur və nəfəs alma ilə həzm prosesinə mənfi təsir göstərə bilər.
Necə düzgün oxumalı?
Mütəxəssislər oxumaq üçün oturaq vəziyyəti tövsiyə edirlər. Ən ideal mövqe - düz arxalı və bel dəstəyi olan stulda oturmaqdır. Kitab və ya cihaz gözlərdən 30-40 sm məsafədə, bir qədər aşağıda yerləşdirilməlidir ki, baş çox əyilməsin. Eyni zamanda parlamayan, amma mətni yaxşı işıqlandıran işıq mənbəyi vacibdir.
Əgər yenə də çarpayıda oxumağa üstünlük verirsinizsə, yarımoturaq vəziyyətdə olun. Bel və boyun üçün yastıq dəstəyi istifadə edin, kitabı isə mümkün qədər gözlərə uyğun məsafədə saxlayın və ya xüsusi stenddən istifadə edin.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
-
“Sabah”ın futbolçusu “Borussiya”ya transfer olunur?
-
Nəfəs Seda Sayanla eyni libasda – Müzakirə yaradan paylaşım - (Video)
-
Heç kim ata və qız olmalarına inanmır - (Video)
-
8 km bazarının yanında məqalələri yapon dilinə çap olunan alim kolbasa satır - (Foto)
-
Vəfa Şərifovanın məclisdə canlı ifası müzakirə yaratdı - (Video)
-
Qubadlının azadlıqdan dirçəlişə uzanan yolu
-
"El-Klasiko" öncəsi "Real"da ciddi itki
-
Gəlin toyda bəyi xalta ilə gəzdirdi – (Video)
-
Maşın dirəyə çırpıldı: 4 nəfər yaralandı, 2-si uşaqdır (Foto)
-
Urmiya gölü ilə bağlı sevindirici xəbər
-
Sürücülərin nəzərinə
-
Yağışlı havaya baxmayaraq, Zeytun Festivalı davam edir (Foto)





