Şou-biznes

Avroviziyada Azərbaycan adından xalları Safura elan edəcək

24 Aprel 2025 20:51
Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avroviziya 2025-in finalında Azərbaycan adından xalları Safura Əlizadə elan edəcək
69-cu Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan adından xalları məşhur ifaçı Safura Əlizadə elan edəcək.

Milli.Az xəbər verir ki, müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.

Safuranın bu dəfə xal təqdimatçısı qismində Avroviziya səhnəsinə qayıdışı onun bu müsabiqə ilə bağlarını və sənət yolunda sabitliyini nümayiş etdirir. Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil - o, 2010 və 2012-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.

Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində "Drip Drop" adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.

Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı "Mamagama" qrupu "Run with u" mahnısı ilə təmsil edir. Final mərhələsi 17 may 2025-ci ildə keçiriləcək və milyonlarla tamaşaçı bu həyəcanlı anlara canlı şahid olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.