Kriminal

Məşhur restoranının müdirinin 15 min manatlıq qızılı OĞURLADILAR

20 Mart 2025 13:17
Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəsimi rayonunun Cavadxan küçəsində fəaliyyət göstərən "Qəbələ" restoranında oğurluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, restoranın müdirinin qızıl-zinət əşyaları oğurlanıb və ona 15 min 200 manat məbləğində ziyan vurulub.

Ötən il baş verən cinayətin üstü qısa müddət ərzində açılıb. Məlum olub ki, hadisəni törədən restoran müdirinin əvvəlcədən tanıdığı şəxsdir. Restoranın müdiri ifadəsində bildirib ki, həmin şəxsin onun qızıllarını otağındakı seyfin üzərinə qoymasından xəbərdar olub.

Müdir otaqdan çıxandan sonra qızıllar oğurlanıb. Restoranın müdiri tanışından qızılları qaytarmağı tələb etsə də, o, törətdiyi əməli boynuna almayıb.

Restoranın müdiri Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vurub.

Polisin araşdırmaları nəticəsində oğurluğu törədənin kimliyi məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan olunub. Cinayət işinin məhkəmə istintaqı Nəsimi Rayon Məhkəməsində aparılıb.

Hadisəni törədən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apellyasiya şikayəti verib. Şikayətdə cəzanın yüngülləşdirilməsi xahiş edilib.

Apellyasiya şikayəti dəymiş zərərin ödənilməsi və tərəflərin barışması ilə əsaslandırılıb.

Bakı Apellyasiya Məhkəməsi cəzanı 3 ildən 1 il 6 aya endirib. /"Qaynarinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.