Kriminal

Kiberdələduzlardan ağlasığmaz əməl – Zəngdən imtina etsəniz belə... - VİDEO

5 Mart 2025 22:27
Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiberdələduzlar vətəndaşların mobil telefonunu ələ keçirərək bütün məlumatları izləyə bilirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev deyir ki, kiberdələduzlar vətəndaşların şəxsi məlumatların ələ keçirmək üçün müxtəlif üsullara əl atırlar. Onlardan da biri mobil telefonun zəng və ye mesaj vasitəsi ilə ələ keçirilməsidir.

Fərhad Mirəliyev bildirib ki, kiberdələduzların bu üsulla asanlıqla hansısa mobil telefon və ya komputeri ələ keçirməsinə səbəb proqram təminatında olan boşluqlardır. Onlar bu boşluqlardan istifadə edərək öz casus proqramlarını yaradırlar.

Mütəxəssis əlavə edib ki, mobil telefon dələduzlar tərəfindən ələ keçirildikdə həm proqram təminatında həm də internetə daxil olma zamanı donmalar müşahidə olunur. Bu səbəbdən tanımadıqları nömrədən zəng gələrsə sadəcə olaraq cavabsız qoysunlar. Bu kimi halların qarşısını almaq üçün proqram təminatına və ya tətbiqə gələn yenilənmələri gecikdirmədən təsdiq etmək mütləqdir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.