Kriminal

Bakıda bu marşrut xəttinin sürücüsü narkoman çıxdı

14 Fevral 2025 17:13
Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobil sürücüsü ilə avtobus sürücüsü arasında dava olub.

Milli.Az xəbər verir ki, hadisə fevralın 12-də "Bakı Metropoliteni"nin "20 Yanvar" stansiyasının yaxınlığında - Həsən Bəy Zərdabi küçəsində qeydə alınıb.

Yol vermək üstündə dalaşan sürücülər bir-birindən polisə şikayət ediblər və əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıblar.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisəni törədən 102 saylı marşrut xəttinin "İsuzu" markalı avtobusunun sürücüsü 1989-cu il təvəllüdlü R.Yusifov narkotik vasitə istifadəçisidir. O, ekspertizadan keçirilib və narkotik qəbul etməsi müəyyənləşib.

Avtobus sürücüsü barəsində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinə əsasən, protokol tərtib edilib. Yasamal Rayon Məhkəməsi 36 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib.  / Teleqraf

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.