Ona yol verməyən sürücünün boynunu SINDIRDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda ona yol vermək istəməyən şəxsin boynunu sındıran taksi sürücüsünə hökm oxunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən il mayın 30-da saat 04:30 radələrində Bayılda baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Elmar Bağırov (ad, soyad şərtidir) həmin vaxt taksi kimi idarə etdiyi avtomobillə sifariş qəbul etməyə gedib.
Bu zaman Xəyyam dostu Rasim və iki qadının olduğu avtomobildə tək hərəkət zolağının olduğu yola daxil olub.
Nəticədə bir-birinə yol vermək üstündə sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində sərxoş vəziyyətdə olan Xəyyam taksi sürücüsü Elmara hücum edib. Lakin o, yerə yıxılıb. Bu zaman Elmar yerdə olan şəxsin boynunu sıxaraq ona ağır xəsarət yetirib.
Xəyyam hər iki əl və ayaqlarının hərəkətinin pozulması ilə nəticələnən və onurğa beyninin ağır dərəcəli əzilməsi, 3-cü boyun fərəqəsinin sınıq-çıxığı ilə müşayiət olunan qapalı fərəqə sütunu travması alıb. Boynu sınan şəxs ağır vəziyyətdə evinə aparılıb.
Zərərçəkmiş şəxsin qardaşı ifadəsində bildirib ki, hadisə nəticəsində Xəyyamın bədəninin 95 faizi funksionallığını itirib: "Hadisə günü gecə saat 04:25-də Rasim adlı dostu qardaşım Xəyyamı halsız və içkili vəziyyətdə gətirib mənə təhvil verdi. Daha sonra Xəyyamı Rasimin maşını ilə təcili tibbi yardım stansiyasına apardıq. Orada içkili olduğu üçün Xəyyamı "Semaşko"ya apararaq mədəsini yuduzdurmalı olduğumuzu dedilər. Xəyyam özünə gəldikdən sonra xəstəxanaya getmək istəmədiyini dedi. Çünki Xəyyamın özünün də boynunun sınmasından xəbəri yox idi. Qardaşım yaxşı olduğunu dedikdən sonra onu evdə qoyaraq işə getdim.
Axşam saat 5-6 radələrində bacım zəng edərək Xəyyamın boynundan aşağı bədən hissəsini hiss etmədiyni dedi. Mən çatana qədər polislər evimizə getmişdi və Xəyyamı TTYS-ə apardılar. 2-3 gün sonra qonşunun qapısında quraşdırılmış müşahidə kameralarına düşmüş videogörüntüyə baxdıqda təqsirləndirilən şəxslə Rasimin mübahisəsi olduğunu, Xəyyamın araya girdiyini və mübahisə nəticəsində belə bir hadisə olduğunu gördük. Hazırda qardaşımın bədəninin 95 faizi işləmir. Xəyyam ümumilikdə 55 gün xəstəxanada qaldı. 50 gün müddətində süni tənəffüs aparatında oldu".
İbtidai istintaq Elmarı Cinayət Məcəlləsinin 126.1-ci (Qsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham etsə də, məhkəmə bununla razılaşmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin 130.1-ci, yəni, "zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma" maddəsi ilə təqsirli bilinməsinə qərar verib.
Ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq taxılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
“Bu, artıq mümkün deyil, cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik” - Amalın bacısı
-
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
-
Vüqar Əliyev həbs olundu
-
Hakim tiktoker Arzumun həbsi ilə bağlı açıqlama yaydı
XƏBƏR LENTİ
-
Enerji içkisi sevənlər oxusun
-
Çılpaq yatmağın faydaları
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir





