101 minlik qızılı Azərbaycana keçirmək istədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
məhkBakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Səbinə Sabir qızı Əliyeva, Kəmalə Məmməd qızı Məmmədova və Səbinə Ravil qızı Nəsibovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
Milli.Az unikal-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib. Məlum olub ki, Kəmalə Məmmədova Səbinə Nəsibova və Səbinə Əliyeva vasitəsilə dəyəri 101 min manat olan 1 kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib. Belə ki, "Duty Free"nin əməkdaşı Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinət əşyalarını qanunsuz yolla Heydər Əliyeva adına Hava Limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalənin özünə ötürməli olub. Ancaq alınmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.
Kəmalə Məmmədova sərbəst ifadə verərək bildirib ki, Türkiyəyə köçmək istəyib, ancaq qayınanası ürək əməliyyatı keçirdiyindən köçə bilməyib. Ona görə, Səbinə Nəsibova vasitəsilə 896 qram qızıl-zinət əşyalarını qanunsuz yolla Türkiyədən Azərbaycana keçirmək istəyib: "Səbinə Nəsibovanı Karqo şirkətinin rəhbəri Sahil müəllim vasitəsilə tanımışam. Danışdım Səbinə ilə, o dedi ki, 25 qramdan artıq qızılı ancaq rəsmi yolla keçirmək olur. Bəyannamə yazılacaq, nə rüsum deyəcəklər, onu da mənə bildirəcək. Söylədi ki, onun da "hörmətini" ayrı edərəm. Səbinə Əliyevanı isə tanımamışam. Qızılı Türkiyədən Bakı şəhəri, Nərimanov rayonunda olan evimizi satıb almışam".
Təqsirləndirilən şəxs Kəmalə Məmmədovanın verdiyi ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaqda verdiyi ifadəsi hakim tərəfindən elan olunub. Məlum olub ki, Kəmalə həmin qızıl-zinət əşyalarını İstanbul şəhərində mağazadan alıb. Qızılları isə İstanbulda mağazanın satıcısı kuryer vasitəsilə Səbinəyə göndərib.
Məhkəmə prosesi 17 dekabr tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
-
Tbilisidə 23 yaşlı Aysunun müəmmalı ölümü - atası danışdı
-
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
XƏBƏR LENTİ
-
Arsen Venger Bakıya gəldi – İnfantino və Kollina da yolda...
-
Bulvarda bir nəfər dənizə düşdü
-
Röya: "Mən eşqsizlikdən kökəlib, 60 kiloqram oldum"
-
Aqrar sahəyə dövlət dəstəyinin yeni mexanizmi müəyyən edilir
-
"Mən qoca deyiləm"
-
Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb - (Yenilənib)
-
5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var - (Video)
-
Ali təhsilli zabitlərin hərbi rütbədə olma müddəti azaldılacaq
-
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib
-
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
-
General Arif Heydərova həsr olunan sənədli film nümayiş edildi - (Video)
-
Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
-
ATU əməkdaşının tədqiqatı Londonda təqdim olunub - (Foto)
-
“Yüksək gəlir hələ başlanğıcdır - TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!”
-
Bakıda yeni metro stansiyası nə vaxt açılacaq? - Tarix açıqlandı
-
5 bürc üçün yeni mərhələ başlayır: Həyatlarında nələr dəyişəcək?
-
Hafiz İsmayılbəylinin vəzifəsi 7 illik artırıldı - Dosye
-
Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”
-
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər
-
“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir
-
Reza Deqati Parisdə yaralandı
-
Vahid Mirzəyev yüksək vəzifəyə təyin edildi





