Bakıda 5 milyonluq əməliyyat: “TOST” piramidasının başçılarından biri saxlanıldı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə sosial şəbəkələrdə onlayn piramidası olan "TOST" platforması barəsində əməliyyat-texniki tədbir həyata keçirilib.
Bu barədə Milli.Az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, nəticədə piramidaya başçılıq edən şəxslərdən biri 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub.
DİN-in məlumatına görə, müəyyən edilib ki, N.Cabbarzadə və S.Hüseynov "TOST"a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksək faizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər veriblər.
"Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya qoşmaq məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin "TOST"dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib. Yatırım edən şəxslərin qarşısında qoyulan digər tələb isə onlara göndərilən dələduzluq piramidasının linklərini "Whatsapp" ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yaymaqdan ibarət olub", - məlumatda deyilir.
Bildirilib ki, müxtəlif üsullarla "TOST"a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərəçəkənlərin 5 milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Qeyd olunub ki, həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb. N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Güllünün öldürülən qızının həbsxanadan FOTOsu
-
Ölkəyə qanunsuz gətirilən 10 minlərlə dərman AŞKARLANDI - FOTO
-
Avropanın 30 il axtardığı qadın həbs edildi
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Hilal İsayev bıçaqlandı - Vəziyyəti ağırdır
-
6 il gizlənən narkobaron belə TUTULDU
XƏBƏR LENTİ
-
Pul ver, balını artırım - Yeni dələduzluq üsulu
-
Röyanın müğənni xalası qızı ağır qəzaya düşdü - VİDEO
-
Bu vəsiqəni almaq üçün cəmi 5 sənəd lazımdır
-
Atlar buna görə ağlayırmış
-
Kart ödənişlərində komissiyalara limit QOYULDU - Bu gündən
-
Neft ucuzlaşıb bu qiymətə OLDU
-
Azərbaycanlı müğənni 2-ci dəfə ƏRƏ GEDİR - VİDEO
-
Bakının bu rayonunda işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Tçuameni və Valverde barədə QƏRAR VERİLDİ
-
Hörmüz böhranı dünyanı silkələdi: Neft niyə bahalaşır?
-
Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib - FOTO
-
Mətbəx şkaflarındakı yağ ləkəsini çıxarmağın ən asan yolu
-
İran ABŞ və İsraili görün necə şoka salıb
-
Buğda və ya kəpək deyil! Ən sağlam çörəyin hansı olduğu açıqlandı
-
Skandinaviya mətbəxinin ləzzətli şirniyyatı: Kladdkaka
-
Yay gecələrini zəhərə çevirən ağcaqanadlara qarşı ən effektiv üsullar
-
Qabyuyan maşın daha yaxşı yuyur, yoxsa əl?
-
Bir neçə qəpik xərclə maşında xoş ətir yaradın
-
Qovurma bişirərkən ən çox edilən 5 səhv
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
-
“A.B.İ.”də yeni sima
-
Günün qoroskopu: Maddi mövzularda yeni fürsətlər qarşınıza çıxa bilər
-
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - FOTO





