Azərbaycanda məktəbin keçmiş direktoruna elektron qolbaq taxıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Qəhrəman Orucovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Milli.Az pravda.az-a istinadən bildirir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Qəhrəman Orucov 2019-2021-ci illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən 11 saylı cəzaçəkmə müəssisəsi üzrə 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, çalışdığı müddət ərzində şagirdlərin attestat almalarına dair vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Zərərçəkmiş qismində Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsi tanınır.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının təyin edilib. Eyni zamanda zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin Qəhrəman Orucova qarşı mülki iddiası təmin edilib, təqsirləndirilən şəxsdən cinayət əməli nəticəsində vurulmuş 16 975,69 manat pul tutularaq, sözügedən İdarənin hesabına ödənilməsi hökm olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir?
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Türkiyədə 15 yaşlı qızın güllələnmiş halda meyiti TAPILDI - FOTO
-
Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ - FOTO
-
8 güllə ilə atasını ÖLDÜRDÜ: "Heç kim istəməz..." - VİDEO
-
31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı
XƏBƏR LENTİ
-
Qadın karateçimiz Avropa çempionu olub
-
Xalq artisti oğluna xeyir iş etdi - FOTO
-
Sobada pambıq kimi antrikot resepti
-
77 yaşlı Xalq artisti oğluna toy edir
-
Komandası tarix yazdı - göz yaşlarını saxlaya bilmədi - VİDEO
-
"21 ildir ki, bu üzük barmağımdadır"
-
DÇ öncəsi məşqdə zədələndi, göz yaşları sel oldu - VİDEO
-
Aida Quliyeva vəfat etdi - FOTO
-
“Anam kimi adam öldürməmişəm”
-
Medvedyev, Paşinyan və qaz riyakarlığının bədəli
-
Acunun komandası İngilətərə Premyer Liqasına yüksəldi
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq
-
Rubio: ABŞ və İran arasında irəliləyiş əldə olunub
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama





